Ekonomiks 10:51 04.02.2023

Qiyməti özündən acı: Soğan bahalaşacaq - Səbəblər

Nazirlər Kabinetinin müvafiq qərarı ilə baş (adi) soğan və şalot soğanı (yaşıl soğan, habelə örtülü şəraitdə yetişdirilən və (və ya) faraş soğan istisna olmaqla) idxal gömrük rüsumundan azad edilib.

Bu qərarın soğanın qiymətinə təsiri varmı?
 
Qaynarinfo bununla bağlı sorğu aparıb. "Meyvəli” topdansatış bazarında soğanın bir kilosunun qiyməti 1 manat 10 qəpiyə satılır. Satıcılar deyir ki, bu qiymət ancaq 28-30 kiloluq kisələrin satışında keçərlidir:
 
"Amma marketlərdə, bazar və mağazalarda soğanın bir kilosunun qiyməti 1 manat 20 qəpik -1 manat 30 qəpik arasında dəyişir. Mart ayına kimi bu qiymətin iki dəfə bahalaşması gözlənilir. Bunun səbəbi də məhsulun azlığı ilə əlaqələndirilir”. 

"Rahat” marketlər şəbəkəsindən Qaynarinfo-ya verilən məlumata görə, hazırda bir kiloqram soğanın qiyməti 1 manat 30 qəpiyə satılır. 

Bahar Rüstəmli