İdman 14:15 18.11.2023

"Qızıl Oğlan" mükafatının sahibi müəyyənləşdi

"Real"ın ingilis futbolçusu Cud Bellinqem "Qızıl oğlan" ("Golden Boy") mükafatına layiq görülüb.

Qaynarinfo-nun məlumatına görə, Bellinqem Avropada 21 yaşa qədər futbolçulara verilən ən yaxşı gənc oyunçu mükafatını qazanıb. İtaliyanın "Tuttusport" qəzetinin təsis etdiyi "Qızıl oğlan" mükafatına yiyələnən ingilis Bellinqem dekabrın dördündə Turin şəhərində keçiriləcək mərasimdə mükafatını alacaq.

Avropanın "Ən Gənc Qızıl Oğlan"ı isə "Barselona"da çıxış edən 16 yaşlı Lamin Yamal seçilib.

İngiltərə klubu "Mançester Siti”nin 23 yaşlı norveçli hücumçusu Erlinq Haland isə "Qızıl Oyunçu” mükafatına layiq görülüb.

Səbuhi Həsənov