"Atletiko Madrid"in fransalı hücumçusu Antuan Qrizman millidəki karyerasını bitirmək qərarına gəlib.
Qaynarinfo xəbər verir ki, bu barədə Fabrizio Romano məlumat yayıb.
"Həyatımın bu gözəl fəslini bağlayıram, bütün yaddaqalan anlar üçün təşəkkür edirəm", deyə Romano ondan sitat gətirib.
Qrizmann Fransa millisinin heyətində 137 matçda iştirak edib, 44 qol vurub, 38 məhsuldar ötürmə edib. Antuan 2018-ci il dünya çempionatında qalib gələn komandanın əsas oyunçularından olub. Həmin turnirdə o, 4 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bundan əlavə, Qrizman DÇ-2022 və AVRO-2016-da gümüş medallara sabib çıxıb, həmçinin 2021/22 Millətlər Liqasının sahibdir.
Alpər
Şərhlər