İdman 10:11 24.10.2022

Qurban Qurbanov dünyanın "ən yaxşılar"ı siyahısında

Futbol üzrə dünyanın ən yaxşı baş məşqçilərinin oktyabr ayı üçün reytinqi açıqlanıb.

Qaynarinfo xəbər verir ki, siyahıya 500 ən yaxşı çalışdırıcı daxil edilib.

Cədvəldə ölkəmizi təmsil edən azərbaycanlı çalışdırıcı Qurban Qurbanovdur. "Qarabağ”ın baş məşqçisi 1595 xala malikdir.

Ötən ayla müqayisədə bir pillə irəliləyən 50 yaşlı mütəxəssis dünyada 210-cudur.

Qeyd edək ki, siyahıya "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola (2194) başçılıq edir. "Livcerpul"un çalışdırıcısı Yürgen Klopp (2112) ikinci, "Roma"nın baş məşqçisi Joze Mourinyu isə üçüncü pillədə (2063 xal) qərarlaşıb.