Xəbər lenti

Rabitəbank yeni tender elan edir
Ekonomiks 18:01 25.06.2023

Rabitəbank yeni tender elan edir

Rabitəbank 3 mkr dairəsi yaxınlığında yerləşən yeni Səbail filialının şəbəkə (videomüşahidə, yanğın siqnalı, ups və şəbəkə xəttləri) işləri ilə bağlı tender elan edir.

"Qafqazinfo” xəbər verir ki, BOQ 5(sheet) pəncərədən ibarətdir.

Bunlar torpaqlama, rabitə, videonəzarət, yanğın siqnalizasiya və kartlı keçiddir.

Tenderlə bağlı müraciət üçün aşağıdakı şərtlər qeyd edilmişdir.

→ Filialda hal-hazırda sürətli təmir işləri gedir

→ İcra müddətini təkliflərinizdə qeyd edin.
Ətraflı
Ad - 00:29

→ Qiymət vergi daxil göstərilməlidir (ƏDV və ya sadələşdirilmiş olmasından asılı olmayaraq)

→ Dövlət qeydiyyatından keçmiş və vergi ödəyicisi olan.

→ Qeyd olunan sahə ilə bağlı lisenziya

Referanslarınızı və tövsiyyə məktublarınıda göndərmənizi xahiş edirik. Texniki şərt və tələblər ilə bağlı ətraflı məlumat üçün linkə keçid edərək tanış ola bilərsiniz: https://rbt.az/tndr

Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məlumat əldə etmək üçün email ([email protected] ) üzərindən və ya telefonla (+994 51 271 48 48) müraciət edə bilərlər.

Təkliflərinizi imza və möhürlü şəkildə qapalı zərfə yerləşdirdikdən

sonra zərfin üzərini möhürləmənizi, aidiyyatı tenderin adını qeyd etmənizi və 05.07.2023-ci il tarixi saat 12:00 kimi "Rabitəbank" ASC-nin Baş ofisinə(Satınalmalar şöbəsinə) Bakı şəh., 28 May küç.33, AZ1010 ünvanına göndərməyiniz xahiş edilir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->