Xəbər lenti

İdman 17:01 19.11.2023

"Real" "Liverpul"un ulduzunu transfer edir - 80 milyon avro..

Madrid "Real"ı "Liverpul"da çıxış edən Trent Aleksandr-Arnold üçün təklif irəli sürüb.

"Kral klubu"nun bu transfer üçün 80 milyon avro xərcləməyə hazır olduğu iddia edilib.

Məlumata görə, "Real" 25 yaşlı futbolçunu Dani Karvahalın əvəzləyicisi kimi kluba cəlb etmək istəyir.

Qeyd edək ki, Arnoldun "Liverpul"la 2025-ci ilə qədər müqaviləsi var. "Liverpul" futbolçu üçün yeni müqavilə imzalamaq istəsə də, "Real"ın təklifi futbolçunu fikrindən daşındıra bilər. (offsideplus.az)

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->