Xəbər lenti

“Real Madrid
İdman 17:41 06.07.2023

“Real Madrid" Arda Gülərin transferini açıqladı

"Real Madrid" türk futbolçu Arda Güləri transfer etdiyini açıqlayıb.

Qaynarinfo xəbər verir ki, 18 yaşlı Arda Gülər Madrid klubuna "Fənərbağça"dan transfer olunub.

"Kral klubu" iyulun 7-də 18 yaşlı yarımmüdafiəçinin təqdimat mərasiminin və mətbuat konfransının keçiriləcəyini bildirib.

Qeyd edək ki, 2005-ci il təvəllüdlü Arda Gülər ​2014-2019-cu illərdə ​"Gənclərbirliyi” klubunun akademiyasında yetişib, daha sonra "Fənərbağça" klubuna keçib. O, Türkiyə millisinin də üzvüdür.

İddiaya görə, madridlilər gənc oyunçu üçün qarşı tərəfə 20 milyon avro təzminat ödəyəcək. Həmçinin, əlavə 10 milyon avro bonuslar şəklində "Fənərbağça"nın hesabına köçürüləcək. Bundan başqa, "bülbüllər" futbolçunun növbəti satışından 20 faiz pay alacaq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->