Maqazin 11:32 20.05.2022

Rəqsanə Elza Seyidcahana Moskvadan 2000 manat göndərdi

Moskvada yaşayan müğənni Rəqsanə həmkarı, Əməkdar artist Elza Seyidcahana dəstək olub.

Qaynarinfo xəbər verir ki, bu barədə "Səni axtarıram" proqramında aparıcı Xoşqədəm Hidayətqızı məlumat verib.
 
Aparıcının verdiyi məlumata görə, müğənni Elza Seyidcaha 2000 manat göndərdiyini elan edib:

"Sənət dostlarından Elzaya dəstək davam edir”.

Qeyd edək ki, Əməkdar artist Elza Seyidcahan evi ilə bağlı yaranmış probleminə görə efirə gələrək xalqdan və dövlətdən yardım istəyib. Sənətçi efirə çıxaraq öz mülkünə sahiblənmək üçün 63 min manat pulun lazım olduğunu deyib. 

Xatırladaq ki, illər öncə "ELİT SRC GROUP” MMC müğənni-bəstəkar Elza Seyidcahan ailəsinə məxsus obyekti icarəyə götürüb. Zamanla tərəflər arasında mübahisə yaranıb. Məhkəməyə qədər gedən mübahisədə qarşı tərəfdən 58797 manat pul alınaraq "ELİT SRC GROUP” MMC-yə verilməsi ilə bağlı qərar qəbul edilib.
 
Bahar Rüstəmli