İdman 17:07 04.10.2022

Rəşad Sadıqov cəzalandırdığı futbolçuları heyətə qaytardı

"Zirə"nin futbolçuları Təmkin Xəlilzadə və İlkin Muradovla bağlı yeni qərar verilib.
 
Qaynarinfo klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, baş məşqçi Rəşad Sadıqov hər iki futbolçunu əsas heyətə qaytarıb.
 
Bir müddət əvvəl hər iki futbolçu transferə çıxarılmış və məşqlərini əvəzedici heyətdə davam etdirirdilər.
 
Səbuhi Həsənov