XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Ronaldoya 630 minlik hədiyyə verdilər
İdman05:57 28.01.2023

Ronaldoya 630 minlik hədiyyə verdilər

Səudiyyə Ərəbistanı klubu "Əl-Nəsr"in ulduzu Kriştiano Ronaldoya 630 min funt-sterlinq dəyərində xüsusi istehsal olunmuş saat hədiyyə verilib.
Qaynarinfo-nun məlumatına görə ildə 200 milyon avro qazanc əldə edəcəyi bildirilən portuqaliyalı superulduza verilən saatın dizaynı da çox maraqlıdır.
Səudiyyə Ərəbistanı bayrağının rənginə uyğun dizayn edilən saat "Jacob & Co" markasının istehsalıdır.  Ağ qızıldan hazırlanmış və sırf 37 yaşlı Ronaldo üçün istehsal edilən saatda 389 nadir qiymətli daşın yer aldığı bildirilir.
 
Səbuhi Həsənov