"Ermənistanda
Rusiya ilə birlik dövlətinin qurulması barədə danışıqlara başlayacaq yeni bir
hökumət qurulmalıdır”.
Teleqraf.com
xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Tiqran Urixanyan deyib.
Onun
sözlərinə görə, Ermənistanla Rusiya arasında hərbi-siyasi əməkdaşlığın dərinləşməsinə
alternativ yoxdur.
Deputatın
nöqteyi-nəzərindən, Ermənistan və Rusiya qarşılıqlı inteqrasiya etməli və
ittifaq dövləti formatına keçməlidir. Eyni zamanda, onun sözlərinə görə, Ermənistan
müstəqil bir subyekt olaraq qalmalıdır.
Urixanyan
qeyd edib ki, Rusiya hərbçiləri cəbhə bölgəsində - vahid ordunun bir hissəsi
kimi xidmət etməlidir: "Bizim alternativimiz yoxdur: başqa heç bir ölkə bizə iş
birliyi təklif etmir. Xüsusən də vahid təhlükəsizlik sisteminin
formalaşdırılması, yeni birləşmiş qoşunun yaradılması və Azərbaycanla sərhədin
qorunması son dərəcə önəmlidir”.
Onun
sözlərinə görə, nə NATO, nə də başqa bir təşkilat və ya ölkə rəsmi İrəvana bu
cür əməkdaşlıq şərtləri təklif etməyib və etmir: "Beynəlxalq təşkilatlar və digər
dövlətlər Qarabağda baş verənlərə görə susur”.
<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/yVdJ-DEU6hg" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">
Şərhlər