İdman 22:12 19.08.2022

Rusiya millisinin üzvü Türkiyə Superliqasında

Rusiya millisinin üzvü Artyom Dzüba Türkiyə Superliqası təmsilçisi "Adana Demirspor"a transfer olunub.

Qaynarinfo xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 34 yaşlı hücumçu Adana klubu ilə 1+1 illik müqavilə bağlayıb. Təcrübəli forvard yeni komandasında 24 nömrəli forma ilə çıxış edəcək.

Dzübanın son olaraq ölkəsində "Zenit"in formasını geyinib.
 
Səbuhi Həsənov