Xəbər lenti

Rusiya neft sanksiyalarından yan keçmək üçün boşluqları sınaqdan keçirir
Dünya 18:20 17.07.2024

Rusiya neft sanksiyalarından yan keçmək üçün boşluqları sınaqdan keçirir

Rusiya tankerləri Qərbin sanksiyalarından yan keçmək məqsədiylə yükləri sakitcə "azad” gəmiyə keçirmək üçün bir sıra aldadıcı manevrlərə əl atırlar. Moskvanın planı uğurlu olarsa, neft axınına nəzarət etmək çətin olacaq.

Qaynarinfo Bloomberg-ə istinadla xəbər verir ki, iyulun əvvəlində 1089 futluq supertanker "Oxis” başqa bir gəmidən təxminən 1 milyon barrel Rusiyanın Urals nefti qəbul edib. Daşıyıcı gəmi Rusiyanın dövlət şirkəti PJSC Sovcomflot-a məxsus iki gəmidən biri olub.

Bununla belə, hansı gəmini dəqiq müəyyənləşdirmək olduqca çətindir, çünki hər iki namizəd gəmi eyni ölçülərə malikdir və praktiki olaraq bir-birindən fərqlənmir, lakin "Sovkomflot”dan kənarda belə gəmilər yoxdur.

Amma Rusiya neft yükləyicilərinin belə tədbirlərin görülməsini zəruri sayması həm də onu deməyə əsas verir ki, alıcılar açıq şəkildə ABŞ sanksiyalarına məhəl qoymağa hazır deyillər. Bu, barellərin daşınması xərclərini artıracaq.

İki namizəd tanker bir neçə həftə əvvəl rəqəmsal peyk izləmə sistemlərindən yoxa çıxıb. Birinci tanker "Bratsk" may ayında Novorossiyskdə təxminən 1 milyon barel Urals nefti yükünü, ikinci gəmi "Belqorod"a isə iyunun əvvəlində yükləyib.

Hər iki gəmi Qara dənizdən Boğaziçindən keçərkən avtomatik izləmə sistemləri tərəfindən aşkarlanıb və Hind okeanında avtomatik izləmə siqnallarının yoxa çıxdığı Hindistanın cənubundakı yerlərə qədər izlənilib. "Bratsk” iyunun 13-də, "Belqorod” isə 11 gün sonra gözdən itib.

VLCC Oxis yalançı mövqe siqnalı verir və onun Hörmüz boğazında, İranın JaskU neft terminalının yaxınlığında lövbər saldığını göstərir, lakin peyk görüntülərində görünmür. Əslində, yükün köçürülməsi zamanı Oxis təxminən 100 mil cənub-şərqdə, Oman körfəzinin mərkəzində olub.

Daha sonra "Belqorod” gəmisi Omanın cənub sahili ilə Qırmızı dənizə doğru hərəkət edərək, yəqin ki, yükü olmadan avtomatik izləmə sistemlərində yenidən peyda olub. "Bratsk” gəmisi haqqında heç nə məlum deyil.

53 Rusiya tankerinin əksəriyyəti boş vəziyyətdədir. Sovcomflot-un 21 tankerinin təxminən yarısının adı dəyişdirilib, bu da gəmiləri sanksiyalardan uzaqlaşdırmağın başqa bir yoludur. İndi Moskva tədricən onların bəzilərini əməliyyata qaytarmağa başlayır.

"Bratsk” və "Belqorod” yükləri alıcılara uğurla çatdırıla bilsə, bu, Rusiyanı kölgə donanmasından daha fəal istifadə etməyə sövq edə bilər. Bununla belə, yükün gəmidən-gəmiyə təkrar köçürülməsi çatdırılma xərclərini artıracaq, bu da ticarətin gəlirliliyini azaldacaq və sanksiya tətbiq edilmiş gəmilərin işə qayıtmasının faydasını azaldacaq.

Rusiyanın "kölgə donanması” ilə mübarizə
Hələ 2022-ci ilin sonunda Financial Times xəbər vermişdi ki,  Moskva sanksiyalar altında neft nəql etmək üçün 100-dən çox tankerdən ibarət "donanma” yaradıb.

Aİ  17-si Moskva üçün neft daşıyan iyirmidən çox gəmiyə məhdudiyyətlər qoyub. Aİ-nin sanksiyaları Böyük Britaniyanın oxşar tədbirlərini izləyir.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->