Dünya 14:10 27.05.2023

Rusiya TV-sində şok təklif: “Ölkə rəhbəri dəyişilməlidir!”

Rusiya Federasiyasının federal kanalında Avropa ilə münasibətləri yaxşılaşdırmaq üçün Vladimir Putinin istefaya göndərilməsini açıq şəkildə tələb edilib.

Qaynarinfo bu barədə "Unian"a istinadla xəbər verir.

Şəbəkədə yayımın fraqmenti yerləşdirilib. Təbliğat proqramlarından birində ekspert Boris Nadejdin deyib ki, Avropa Putin Rusiyası ilə dost olmayacaq. Münasibətləri yaxşılaşdırmaq üçün prezidenti dəyişmək lazımdır.

"İndiki siyasi rejimdə biz Avropaya qayıda bilmərik. Ölkə rəhbərliyini dəyişmək lazımdır ki, Avropa ölkələri ilə normal münasibətlər qurulsun və tarixə nöqtə qoyulsun, ondan sonra hər şey öz yerinə düşəcək. Gələn il prezident seçkiləridir - biz başqasını seçməliyik, vəssalam", - Nadejdin aparıcıların onun ağzını bağlamaq cəhdinə baxmayaraq deyib.

Alpər