Dünya 12:14 29.01.2023

Rusiyanın Ukraynadakı itkiləri: 126 min hərbçi, minlərlə hərbi texnika... (SİYAHI)

Ukrayna Silahlı Qüvvələri ötən gün daha 650 Rusiya hərbçisini məhv edib. 

Qaynarinfo "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Baş Qərargahın hesabatında bildirir ki, Rusiya Ukraynaya genişmiqyaslı müharibəyə başlayandan indiyədək 126 min 160 hərbçi məhv edilib.

Eyni zamanda bildirilir ki, Rusiyanın hərbi texnikası da məhv edilib: tanklar - 3197 (gündə +8 ədəd), zirehli texnika - 6366 (+22), artilleriya sistemləri - 2195 (+7), MLRS - 453, hava hücumundan müdafiə sistemləri - 221, təyyarə - 293, helikopterlər - 284, əməliyyat-taktiki səviyyəli PUA-lar - 1947, qanadlı raketlər - 796, gəmilər/qayıqlar - 18, avtomobil texnikası və tankerlər - 5037 (+10), xüsusi texnika - 199.

Aydın