XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Sabah"a xəbərdarlıq, futbolçusuna cəza
İdman10:24 20.05.2022

"Sabah"a xəbərdarlıq, futbolçusuna cəza

AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.
Qaynarinfo xəbər verir ki, iclasda Premyer Liqanın 27-ci turu çərçivəsində yol verilən qayda pozuntuları ilə əlaqədar aşağıdakı qərarlar qəbul edilib:
"Şamaxı” – "Qəbələ” oyununda "Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.
"Sabah” – "Sumqayıt” oyununda "Sabah” klubunun futbolçusu Amin Seydiyev rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
"Sabah” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.
"Sabah” – "Sumqayıt” oyununda hakimlər otağı isti suyu olan duş ilə təmin olunmadığı üçün meydan sahibi kluba xəbərdarlıq edilir.
"Sumqayıt” klubunun 7 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.
"Zirə” – "Neftçi” oyununda "Neftçi” klubunun 8 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.
Səbuhi Həsənov