Xəbər lenti

Çempionlar Liqası:
İdman 23:19 14.07.2026

Çempionlar Liqası: "Sabah" növbəti mərhələdə (YENİLƏNİB)

"Sabah" UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə vəsiqə qazanıb.

Qaynarinfo-nun məlumatına görə, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv I təsnifat mərhələsinin cavab oyununda Uelsdə TNS komandası ilə üz-üzə gəlib.

Qarşılaşma "bayquşlar"ın qələbəsi ilə yekunlaşıb - 2:1. 28-ci dəqiqədə Coy-Lens Mikels, 42-ci dəqiqədə Rəhman Daşdəmirov fərqlənib. Rəqibin heyətində 89-cu dəqiqədə Coş Lok təsəlli qolunun müəllifi olub.

Beləliklə, Bakıdakı görüşdə rəqibini iki cavabsız qolla üstələyən "Sabah" II təsnifat mərhələsinə vəsiqə qazanıb. Ölkə çempionu bu raundda "Kups"la (Finlandiya) münasibətlərə aydınlıq gətirəcək.

Çempionlar Liqası
I təsnifat mərhələsi
Cavab oyunu

14 iyul
TNS (Uels) - Sabah (Azərbaycan) 1:2
Qollar: Coşua Lok, 89 - Coy Lens Mikels, 28. Rəhman Daşdəmirov, 42.
TNS: 1. Natan Şepperd, 14. Daniel Villiams, 16. Dinel Simo, 6. Cek Bodenham, 10. Daniel Redmond (k), 21. Leo Smit, 4. Dominik Korness, 15. Eoin Farrell, 8. Rayan Brobbel, 20. Ris Hyuz, 17. Cordan Villiams.
Ehtiyat oyunçular: 44. Corc Jenniks, 7. Daniel Barton, 12. Harvi Dodsmark-Ford, 19. Ben Klark, 22. Daniel Devis, 23. Zah Nolan, 24. Cek Nadin, 26. Luis Filips, 27. Cek Kanavan, 31. Ben Voollam, 34. Coşua Lok, 37, İsak Ceffris.
Baş məşqçi: Kreyq Harrison
Sabah: 92. Stas Pakatilov (k), 27. Timateuş Puxaç, 5. Rəhman Daşdəmirov, 33. Erivaldo Almeyda, 80. Akim Zedadka, 13. İvan Lepinitsa, 7. Umarali Raxmonaliyev, 10. Aleksey İsayev, 19. Aron Maluda, 21. Velka Simiç, 20. Coy Lens Mikels.
Ehtiyat oyunçular: 1. Amin Ramazanov, 94. Rəvan Mirzəmmədov, 4. Aden Makarti, 6. Abdulah Xaybulayev, 11. Kahim Parris, 16. Rauf Rüstəmli, 17. Tellur Mütəllimov, 23. Yunes Laşab, 34. Xander Severina, 88. Rodriqo Fernandeş, 89. Cəfər Muxtarov, 99. Orfe Mbina.
Baş məşqçi: Valdas Dambrauskas.
Hakimlər: Mateu Buskets Ferrer, İniqo Prieto, Qonzalo Qarsiya, Migel Anhel Ortiz (İspaniya).
Osvestri. "Park Hall".

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->