Xəbər lenti

Salyanda ağır qəza: 7 yaralı var
Ölkə20:07 15.08.2016

Salyanda ağır qəza: 7 yaralı var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Dayıkənd kəndindən keçən hissəsində BMW və "Opel” markalı minik avtomaşınları qarşı-qarşıya toqquşub.
Virtualaz.org saytının Şirvan bürosunun əldə etdiyi məlumata görə, hadisəyə səbəb qaranlıq yola qəfil inək çıxması olub. İnəyi vuran avtomaşınlardan biri idarəetməni itirərək digəri ilə qarşı-qarşıya toqquşub.
Hadisə nəticəsində hər iki avtomobildə olan və xəsarət alan 7 nəfər Salyan Mərkəzi Rayon Xəstəxanasına gətirilib.
Xəstəxanadan bildirildiyinə görə, bütün xəstələrin xəsarətləri yüngül olduğundan elə bu gün ambulator müalicəyə buraxılacaqlar. Onu da qeyd edək ki, hər iki sürücü əslən Masallı rayonundandırlar. Hazırda xəsarət alanların şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı Dövlət Yol Polisində araşdırmalara başlanılıb.
avtomobil qəzasında xəsarət alanlar aşağıdakılardır:
1. Ağayev Elvin Nadir oğlu - Masallı sakini - 1963 təvəllüdlü
2. Həsənov Xalid Həsənxan oğlu - Masallı - 1989
3. Ağayev Pərvin Allahşükür oğlu - Masallı - 1987
4. Qurbanov İlqar Habil oğlu - Masallı - 1971
5. İsgəndərov Fərda Müzəffər oğlu - Biləsuvar - 1980
6. Zəlimxanov Hacı Əbdürrəhman oğlu - Bakı - 1963
7. İmanov Rəhmət İmanverdi oğlu - Biləsuvar-1977
Qaynarinfo.Az