Xəbər lenti

Sanksiya qorxusundan Gürcüstan Rusiya ilə çoxmilyonluq müqaviləni ləğv etdi
Dünya 15:02 22.08.2024

Sanksiya qorxusundan Gürcüstan Rusiya ilə çoxmilyonluq müqaviləni ləğv etdi

"Gürcüstan Dəmir Yolları” (GDY) dövlət nəqliyyat şirkəti Rusiya istehsalı olan lokomotivlərin alınması üzrə çoxmilyonluq müqaviləni ABŞ sanksiyalarına görə ləğv edib.

Bu barədə Qaynarinfo "NewsGeorgia”ya istinadən xəbər verir.

"Freedom Institute" qeyri-hökumət təşkilatının məlumatına görə, "Gürcüstan Dəmir Yolları” podratçı "Georgia” vasitəsilə "Sinara – Transportnıye maşinı” şirkətinə məxsus "Ural lokomotivləri"nin istehsalı olan 10 lokomotiv alıb. 

Müqavilənin məbləği təxminən 217 milyon lari (80,5 milyon ABŞ dollarından çox) təşkil edib. "Gürcüstan Dəmir Yolları” bunu "həqiqətə uyğun olmayan məlumat” adlandırıb.

"Georgia” şirkəti Rusiya Federasiyasında qeydiyyatdan keçmiş "Ural lokomotivləri” şirkətini təklif edib. Lakin GDY "Sinara – Transportnıye maşinı” şirkətinin ABŞ Maliyyə Nazirliyinin sanksiya siyahısına daxil edilməsindən xəbərdar olduqdan sonra direktorlar şurasının qərarı ilə müqavilə ləğv edilib”, - deyə şirkətin açıqlamasında bildirilir.

GDY iddia edir ki, bu gün onların sanksiyaya məruz qalan müəssisə ilə "hüquqi əlaqələri yoxdur” və müqavilə üzrə ödənişlər həyata keçirilmir, lakin şirkət alqı-satqı müqaviləsinə dəqiq nə vaxt xitam verildiyini bildirmir.

ABŞ Maliyyə Nazirliyinin Aktivlərə Nəzarət Ofisi (OFAC) "Sinara-Transportnıye maşinı” şirkətini iyunun 12-də sanksiyalar siyahısına daxil edib. "Gürcüstan Dəmir Yolları” isə lokomotivlərin alınması ilə bağlı tenderi 2023-cü ilin sonunda keçirib.

"Freedom Institute"nun qeyd etdiyi kimi, Rusiya istehsalı olan lokomotivləri tədarük edən "Georgia” şirkəti hakim "Gürcü arzusu” partiyasının donoru, gürcü biznesmen Gele Dzidzikaşviliyə məxsusdur.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->