Xəbər lenti

“Səbail” son dəqiqə qolu ilə “Qəbələ”ni məğlub etdi
İdman 18:03 07.10.2023

“Səbail” son dəqiqə qolu ilə “Qəbələ”ni məğlub etdi

Azərbaycan Premyer Liqasında IX turun mübarizəsi davam edir.

Qaynarinfo-nun məlumatına görə, günün ilk oyunu Qəbələdə keçirilib.

Şəhərin eyniadlı komandası doğma arenasında "Səbail”lə qarşılaşıb. "Qırmızı-qaralar” çempionatın son 5 turunda məğlub olmayan paytaxt təmsilçisinin uğurlu seriyasını qıra bilməyib. Görüşdə yeganə qola 90+5-ci dəqiqədə Rüfət Abdullazadə imza atıb. Onun son dəqiqədə vurduğu qol bakılılara 1:0 hesablı qələbə qazandırıb.

Bu qalibiyyət sayəsində "Səbail” xallarının sayını 17-yə çatdırıb. "Qəbələ” isə 7 xalda qalıb.

Qeyd edək ki, turun ilk oyununda "Zirə” "Turan Tovuz”u 2:1 hesabı ilə məğlub edib. Bu gün "Sabah” – "Araz-Naxçıvan”, oktyabrın 8-də isə "Sumqayıt” – "Kəpəz” və "Neftçi” – "Qarabağ” görüşləri baş tutacaq

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->