Xəbər lenti

Dünya 15:21 27.09.2023

Son günlərin gündəmi: Meksikada üzə çıxan yadplanetli mumiyaları əslində nədir?

Bu yaxınlarda Meksika parlamentinə təqdim edilən yadplanetli mumiyalar, alimlərin və adi insanların fikrincə, insan sümükləri və heyvan qalıqlarından tələsik bir-birinə yapışdırılmasından başqa bir şey deyil.

Qaynarinfo xəbər verir ki, bozumtul rəngli və insan formalı olan cəsədləri 2017-ci ildə Peruda kəşf etdiyini bildirən meksikalı jurnalist və tədqiqatçı Jaime Mossan tərəfindən Meksika Konqresinə gətirilib.

O vaxtdan bəri, yadplanetlilərin qalıqlarının foto və videoları bütün dünyaya yayılıb. Və bir çoxları onların fraqmentlərinin təbiətdə mövcud olan canlıların hissələrinə çox bənzədiyinin fərqinə varıb.

Belə ki, Reddit ziyarətçilərindən biri mumiyanı göstərərək, nədənsə onun baldır sümüyünün yerində bud sümüyü olduğunu qeyd edib.

"Onun ayaqlarında məsələ daha da qarışıqdır", - deyə o, təsvir etmək üçün rentgen şüalarından istifadə edərək davam edir. — Bud sümüyünün biri digər tərəfə çevrilib, digər ayağında isə bud sümüyünün əvəzinə baldır sümüyü var.

Üstəlik, hipotetik yadplanetlinin hər iki üzvündə oynaqlar yoxdur.

"Yazıq humanoid yeriyə də bilmirmiş", - şərhçi yekunlaşdırır.

Digər istifadəçilər mumiyanın sümüklərinin bir hissəsinin doğranmış kimi göründüyünə və barmaqlarının xaotik şəkildə əlindən çıxdığına diqqət çəkiblər. Barmaq sümüklərinin bir hissəsi isə lazım olan istiqamətdə yerləşmir.

Eyni mövzuda bir neçə il əvvəl meksikalı jurnalistin tapıntısını şərh edən fransız paleontoloqu Julian Benuanın sözlərindən sitat gətirilib. O da mumiyaları hiylə adlandırıb, hətta onların yaradıcısının baş olaraq lama və ya alpaka kimi kiçik məməlilərin kəllələrindən istifadə etdiyini izah edib.

"Kəllənin bütün ön hissəsi qırıblar, yalnız qafa tası qalıb, - o deyir. - Sonra kəllənin arxasını irəli çevriblər – reptiloidin üzü əslində [heyvanın kəllə sümüyünün] arxa hissəsidir".

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->