Ölkə 16:37 01.05.2021

Son sutkada koronaviusa yoluxanların statistikası

Azərbaycanda bu gün koronavirus infeksiyasına 1213 yeni yoluxma faktı qeydə alınıb, 2104 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 21 nəfər COVID-19-dan vəfat edib.
 
Azərbaycanda bu gün 16 988 nəfər vaksinasiya olunub.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 391, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 11 597 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1 505 206, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 971 523, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 533 683 nəfər təşkil edir.