Xəbər lenti

Video 21:14 06.04.2024

Son və ilk dərs... (VİDEO)

Elnurə Ağammədova 1978-ci ildə Füzuli rayonunda doğulub. 8-ci sinfə qədər burada təhsil alan Elnurənin ailəsi torpaqlarımızın Ermənistan tərəfindən işğalı nəticəsində məcburi köçkün düşüb.  

Qaynarinfo xəbər verir ki, Bakıda məskunlaşan Elnurə təhsilini Laçın rayonu 20 nömrəli məktəbdə davam etdirir. Azərbaycan Dövlət Pedaqoji Kollecini bitirdikdən sonra həmin məktəbdə müəllim kimi fəaliyyətə başlayır. 

Elnurə müəllim 20 nömrəli məktəbdə sonuncu dərsini deyərək şagirdləri və müəllim yoldaşları ilə sağollaşır. Çünki o, erməni işğalından azad edilən ata yurduna qayıdır. Elnurə müəllim Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə fəaliyyətinə davam edəcək.   

Təhsil TV Elnurə Ağammədovanın məcburi köçkünlər üçün məktəbdə son, yeni məktəbdə isə ilk dərs günündən süjet hazırlayıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->