Xəbər lenti

Süpürgəçi qadını döyən ustaya hökm oxundu
Ölkə 16:55 27.09.2023

Süpürgəçi qadını döyən ustaya hökm oxundu

Bakıda süpürgəçi qadını döyən avtomobil ustasına hökm oxunub. 

Qaynarinfo-nun məlumatına görə, hadisə Nizami rayonu, Q.Qarayev prospekti, 47 ünvanında yerləşən avtomobil sexinin qarşısında baş verib. 

Nizami rayon Mənzil Kommunal Təsərrüfat Birliyində çalışan Əntiqə adlı süpürgəçi qadın iş yoldaşları ilə avtomobil sexinin qarşısında hər gün dayanıb söhbət ediblər. Sexdə çalışan Nofəl adlı rəngsaz ustası bir neçə dəfə Əntiqəyə irad bildirib ki, sexə girib-çıxan avtomobillərə mane olduqları üçün orada dayanmasınlar. 

Avqust ayının 4-də içkili halda sexə gələn Nofəl Əntiqəni yenidən orada görüb. O, işləri düz getmədiyi əsəbi olub və içkili vəziyyətdə Əntiqəni təhqir edib. Qadın ona "sənin anan-bacın yoxdur” deyə sual verib. Bu zaman özündən çıxan usta qəflətən Əntiqəyə yaxınlaşıb və gözləmədiyi anda yumruqla onun sifət və baş nahiyyəsinə vurub. Bu zaman iş yoldaşı Lyudmila və küçədən keçən tanımadığı şəxslər hadisənin şahidi olubl.

Zərərçəkmiş şəxsə sol təpə nahiyəsinin hematoması, sol almacıq nahiyəsinin qançırı və sol mil-biləyin bayır hissəsinin şişkinliyi diaqnozu qoyulub.

Məhkəmənin qərarı ilə 1980-ci il təvəllüdlü Nofəl Əkbərov (soyad şərti) Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 1500 manat məbləğində cərimə edilib.

Əhməd







Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->