Maqazin 11:58 28.11.2023

"Tarkan və onun komandası məhkəməyə verilə bilər" - Vəkil

Türkiyənin tanınmış müğənnisi Tarkanın Bakıdakı konsertindən narazı qalan tamaşaçı məhkəməyə müraciət edə bilər. 

Bunu Qaynarinfo-ya açıqlamasında vəkil Səməd Vəkilov deyib. Vəkil qeyd edib ki, tamaşaçılar Tarkanın Bakı konsertinin təşkilatçılarından ona dəyən zərərin qarşılanmasını tələb edə bilərlər:

"Bu tipli konsertləri şirkətlər həyata keçirir. Həmin şirkətlər konsertdə baş verən bütün hallara, məsələlərə cavabdehlik daşıyır. Odur ki, narazı  qalan şikayətçilər həmin şirkətə qarşı mənəvi zərərlə bağlı iddia qaldıra bilər".

Qeyd edək ki, Türkiyənin sevilən sənətçisi Tarkan noyabrın 25-də Bakıda təqdim etdiyi konsert şousu böyük narazılığa səbəb olub. Həddindən artıq baha qiymətə bilet alan tamaşaçılar zalda səsləndirmənin bərbad vəziyyətdə olduğunu qeyd ediblər

Bahar Rüstəmli