Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin (RTTTYM) rəhbərliyi ilə Qarabağ veteranı Sevda Əliyeva arasında məhkəmə çəkişməsi davam edir.
Qaynarinfo xəbər verir ki, Yasamal Rayon Məhkəməsində iddiası təmin edilməyən Sevda Əliyeva apellyasiya şikayəti verib.
Onun şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılacaq. Cəmilə Musayeva iş üzrə hakim təyin edilib.
Sevda Əliyeva RTTTYM-in işçisi olub. O, bir müddət əvvəl rəhbərliyin qərarı ilə işdən çıxarılıb. Bu addımı qanunsuz hesab edən Sevda Əliyeva məhkəməyə üz tutub. O, işə bərpa olunmasını tələb edir.
RTTTYM-in direrktoru Mirələm Calalovdur.
Seyid
Şərhlər