Xəbər lenti

Siyasət 18:58 20.11.2023

"Tehran ABŞ və Qərbin bölgəyə ayaq basmamasına çalışır" (ŞƏRH)

"Tehran qonşularını "nəyimiz varsa, özümüz həll edək” prinsipilə hərəkət etməyə çağırır".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli Azərbaycan və İran XİN rəhbərlərinin son telefon danışığını şərh edərkən deyib.

Qabil Hüseynlinin fikrincə, bölgə dövlətləri çalışır ki, problemləri kənar müdaxilələr olmadan öz aralarında həll etsin:



"Bu müstəvidə də əvvəl 3+3, indi isə 3+2 formatı gündəmə gəlib. Bu xüsusda İran daha çox canfəşanlıq edir. Tehran çalışır ki, ABŞ və Qərb bölgəyə ayaq basmasın. Ona görə də qonşularla danışıqları əsasən məhz bu istiqamətdə aparır və hamını "nəyimiz varsa, özümüz həll edək” prinsipilə hərəkət etməyə çağırır. Lakin təkcə Abdullahianla Bayramovun danışıqları heç də hər şeyi həll etmir. Bölgədə müəyyən proseslər gedir ki, onun da nəyə gətirib çıxaracağını indidən söyləmək çətindir. Mövcud vəziyyət belə düşünməyə əsas verir ki, heç kəs ABŞ və Qərbin  bölgəmizə nüfuzunun qarşısını ala bilmək gücündə deyil. Xüsusən də bölgə dövlətlərindən ən azı ikisi, yəni Gürcüstanla Ermənsitan bunu istəyirsə”.
 
Qeyd edək ki, iki gün öncə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı olub. Nazirlər ikitərəfli və regional gündəlikdə duran və həlli zəruri olan məsələləri, cari regional  vəziyyəti müzakirə ediblər. Bölgədə regional formatlar çərçivəsində aparılan işin  vacibliyi, bu istiqamətdə səylərin artırılmasının əhəmiyyəti qeyd edilib. Telefon danışığı zamanı regional dialoqun və regiondankənar ölkələrin müdaxiləsindən  uzaq formatların gücləndirilməsinin vacibliyi vurğulanıb. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->