Xəbər lenti

Tibb tarixində 2-ci dəfə: Donuzdan sağalmaz xəstəyə ürək transplantasiyası
Sağlamlıq 16:33 24.09.2023

Tibb tarixində 2-ci dəfə: Donuzdan sağalmaz xəstəyə ürək transplantasiyası

Tibb tarixində ikinci dəfə geni dəyişdirilmiş donuz ürəyi ölüm ayağında olan ürək xəstəsinə köçürülüb. 

Qaynarinfo xəbət verir ki, 58 yaşlı xəstə özünə gəlib və ailəsi ilə ünsiyyət qura bilib.

Belə ki, ABŞ-ın Merilend ştatında ölüm ayağında olan ürək xəstəsinə geni dəyişdirilmiş donuz ürəyi köçürülüb. Bildirilib ki, evli, iki uşaq atası olan 58 yaşlı Lourens Fauçette çərşənbə günü transplantasiya əməliyyatından uğurla çıxıb, özünü yaxşı hiss edib və ailəsi ilə ünsiyyət qura bilib. Həkimlər Fauçettenin digər ciddi xəstəlikləri səbəbiylə ənənəvi ürək nəqli üçün uyğun olmadığını düşünüb və donuz ürəyi transplantasiyası variantından istifadə etmək qərarına gəlib.

Transplantasiya əməliyyatını komandası ilə birlikdə reallaşdıran dr. Bartli Qriffit nəticədən razı qaldığını bildirsə də, zarafatla "Başımı yelləyib baxıram, donuz ürəyi olan adamla necə danışım?", deyib.

Tibb tarxində donuz ürəyi transplantasiya ikinci dəfə həyata keçirilib. İlk belə əməliyyatı da ötən il dr. Bartli Qriffit və komandası reallaşdırmışdı. Xəstə əməliyyatdan sonra donuz ürəyi ilə daha iki ay yaşamaq şansı qazanmışdı.

İstifadə olunan donuz ürəyi geni dəyişdirilmiş donuzdan götürülüb. Genetik dəyişikliklərin edilməsinin əsas səbəbi transplantasiya ediləcək xəstədə orqanın rədd edilməsinin qarşısını almaqdır. Dəyişdirilən genlər arasında insan immun sistemində orqan rədd edilməsinə səbəb olan şiddətli reaksiyaya səbəb ola biləcək genlər və donuzun qan hüceyrələrində alfa-qal şəkərini aradan qaldırmaq üçün təsirsiz hala gətirilən genlər var.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->