Siyasət 19:21 05.03.2023

Toivo Klaar Bakıya gəldi (YENİLƏNİB)

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Azərbaycanda səfərdədir.

Bu barədə T.Klaar "Twitter”də yazıb.

"Yenidən Bakıdayam. Münhen görüşlərindən sonra sülh prosesini inkişaf etdirmək üçün Azərbaycan rəhbərliyi ilə əsaslı görüşlər olacaq”, - xüsusi nümayəndə bildirib.
 

 
16.05
 
Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar Bakıya gəlir.

Bu barədə Qaynarinfo-ya Aİ-nin Xüsusi Nümayəndəsinin ofisindən bildirilib.

Qeyd olunub ki, Aİ-nin region üzrə Xüsusi Nümayəndəsi yüksək səviyyəli müntəzəm məsləhətləşmələr çərçivəsində sabah Bakıda görüşlər keçirəcək.