Maqazin 12:02 14.11.2022

Toyda iştirak edən azərbaycanlı müğənninin vəziyyəti pisləşdi (VİDEO)

Müğənni Tacir Şahmalıoğlunun səhhətində problemlər yaranıb. 

Qaynarinfo xəbər verir ki, sənətçi toylardan birində iştirak edərkən qəfildən vəziyyəti ağırlaşıb. Evində xəstə yatan Tacir "Günaydın Azərbaycan" verilişinə dəvət olunsa da, proqrama qatıla bilməyib.

O görüntülü videosunu çəkdirərək səhhətinin pis olduğunu deyib.