Xəbər lenti

İdman 17:40 11.08.2023

"Turan Tovuz" bu futbolçunun transferini rəsmiləşdirdi

"Turan Tovuz" yeni transferini açıqlayıb.

Qaynarinfo-nun məlumatına görə, Tovuz təmsilçisinin növbəti transferi Slavik Alxasov olub. Futbolçu ilə birillik müqavilə imzalanıb.  

30 yaşlı müdafiəçi karyerası ərzində "Sumqayıt”, "Xəzər Lənkəran”, "Keşlə” və "Sabah”ın formasını geyinib. Alxasovun son klubu "Zirə" olub. 

"Turan Tovuz" buna qədər yerli futbolçulardan Fərid Nəbiyev, Aydın Bayramov, Sərtan Taşkın, Budaq Nəsirovu transfer edib. Klub əcnəbilərdən Martin Petkov, Enrike Paçu, Otto Con, Bruno Qonçalves Do Prado, Alexandro Qarsiya Serranonu da heyətinə qatıb.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->