Dünya 20:15 02.07.2022

Türkiyə bu il 80 ölkədə qurban əti paylayacaq

Türkiyə xeyriyyə qurumları Qurban bayramı ilə bağlı planlarını açıqlayıblar.

Qaynarinfo bu bardə Anadolu agentliyinə istinadən xəbər verir.

Türkiyə Humanitar Yardım Fondu (İHH) bu il 60 ölkəyə qurban əti paylayacaq. 

Türkiyə Diyanət İşləri Vəqfi (TDV) də bu il "Qurban ətini bacı-qardaşlarınızla paylaşın” kampaniyasına başlayaraq, 80 ölkədə 25 milyon ehtiyacı olan insana qurban əti paylamağı planlaşdırır.

Qeyri-hökumət təşkilatı olan İnsan Dəyərləri Dərnəkləri Federasiyası (IDDEF) Afrika, Asiya, Yaxın Şərq və Balkanlarda 40 ölkə və 264 bölgəyə yardım proqramı ilə bu il 4 milyon insana kömək edəcək.

Həmçinin, "Mayak” dərnəyi bu il Qurban bayramını Əfqanıstan, Banqladeş/Arakan, Benin, Burkina Faso, Çad, Efiopiya, Fil Dişi Sahili, Qana, Kamerun, Mali, Mavritaniya, Niger, Nigeriya, Pakistan, Syerra Leone, Somali, Şri-Lanka, Tanzaniya, Toqo və Zimbabve qurban ətlərini kəsərək ehtiyacı olanlara paylayacaq.

"Jansoyo” xeyriyyə cəmiyyəti Türkiyədən başqa, Afrika, Asiya və Yaxın Şərq ölkələrində də fəaliyyət göstərəcək.

Bu il Qurban bayramında "Yadım Əli” xeyriyyə cəmiyyəti Türkiyənin 21 müxtəlif bölgəsində və dünyanın digər ölkələrində qurban əti və digər humanitar yardımlar paylayacaq.

Həmçinin, "Sadiqtaşi” xeyriyyə təşkilatı xeyirxah ailələrin töhfəsi ilə bu Qurban bayramında Türkiyədə və dünyanın 35 ölkəsində ehtiyacı olan insanlara yardım etmək niyyətindədir.

Əziz Mahmud Xodayi Vəqfi və Bəşir Dərnəyi Türkiyədə bu ilki Qurban bayramında dünyanın müxtəlif ölkələrində qurban kəsimi həyata keçirəcək və ehtiyacı olanlara pul yardımı edəcək digər xeyriyyə təşkilatları arasındadır.

M.Arif