Türkiyə təhlükəsizlik qüvvələri İranla sərhəddə 24 saat xüsusi kamera və sensorlardan istifadə edir.
Qaynarinfo Anadolu agentliyinə istinadən xəbər verir ki, İranla sərhədə səfəri zamanı jurnalistlərə açıqlama verən Türkiyənin Ağrı vilayətinin valisi Osman Varavel ölkənin təhlükəsizlik qüvvələrinin 24 saat İranla sərhəddə xüsusi kamera və sensorlardan istifadə etdiyini
bildirib.
"Sərhad səməlarında izləyici dron uçuşları ilə bərəbər, gecəgörmə kameraları, sensorlar və seysmik sensorlar, insan və heyvanların hərəkətlərini aşkar edən radar sistemləri quraşdırılıb. Bu sistem və avadanlıqlardan istifadə etməklə hətta pis hava şəraiti, qaranlıq və duman zamanı sərhəd zolağında bütün hərəkətləri və qarşılıqlı əlaqəni izləmək mümkündür”, - Ağrı qubernatoru deyib.
O, İran sərhədində 3 metr hündürlüyündə divarın tikintisinə toxunaraq və Ağrı vilayətinin İranla sərhədindən 83,6 km məsafədə divar tikildiyini bildirərək, bu divarın üstündə tikanlı məftillərin çəkildiyini bildirib.
Beləlıklə, Türkiyə-İran sərhədində yeni texnika və texnologiyaların quraşdırılması və istifadəsi ilə qeyri-qanuni miqrasiya ilə mübarizə aparmaqla yanaşı, Türkiyə təhlükəsizlik qüvvələrinin qaçaqmalçılar və PKK terror qruplaşmasının ünsürləri ilə effektiv mübarizə aparması mümkündür.
M.Arif
Şərhlər