XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Türkiyə Prezidenti İsrailə səfər edə bilər
Siyasət12:35 20.09.2022

Türkiyə Prezidenti İsrailə səfər edə bilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailə səfər etməyi planlaşdırır.
Qaynarinfo "Bloomberg”-ə istinadən xəbər verir ki, Türkiyə Prezidenti bunu ABŞ-da yəhudi icmasının yüksək səviyyəli bir neçə nümayəndəsi ilə görüşdə bildirib.
O, mümkün səfərin tarixi barədə məlumat verməyib.
Xatırladaq ki, bu həfətə BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində Rəcəb Tayyib Ərdoğanın İsrailin Baş naziri Yair Lapidlə də görüşü planlaşdırılır.
Qeyd edək ki, sentyabrın 19-da İrit Lilian İsrailin Türkiyəyə yeni səfiri təyin olunub. O, bu təyinatadək İsrailin Türkiyədəki səfirliyinin müvəqqəti işlər vəkili işləyib.