Xəbər lenti

Siyasət 21:15 18.09.2022

"Türkiyə son günlər Ermənistanın növbəti təxribatı ilə üzləşən Azərbaycanın yanındadır" - Şentop

"Türkiyə son günlər Ermənistanın növbəti təxribatı ilə üzləşən Azərbaycanın yanındadır".

Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop deyib.

TBMM sədri həmçinin Avropa ölkələrinin bir sıra sahələrdə çətinliklərlə üzləşdiyini vurğulayıb:

"Avropanın qarşıdan gələn qışı çətin keçirəcəyini eşidirik. Ötən gün 2 gün Moldovada rəsmi səfərdə idim. Bildirmək istəyirəm ki, Avropanın narahatlığı yüksək səviyyədədir. Avropada enerji, kənd təsərrüfatı və ərzaq qiymətlərinin artması ilə bağlı ciddi böhran ssenariləri gündəmi zəbt edib. Sənayeçilərimizin və vətəndaşlarımızın bu böhrandan təsirlənməməsi üçün dövlətimiz yüksək məbləğdə subsidiyalar tətbiq edir”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->