Ekonomiks 23:59 06.07.2022

Türkmənistan və Azərbaycan arasında enerji danışıqları

İqtisadiyyat naziri Mikayıl Cabbarovun başçılıq etdiyi nümayəndə heyəti Aşqabadda Türkmənistanın xarici işlər naziri Rəşid Meredov ilə görüşüb.

Qaynarinfo xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Tərəflər enerji sektorunda əməkdaşlıq məsələlərini müzakirə edib

"Energetika sahəsində ikitərəfli əməkdaşlığın qurulmasının, enerji daşıyıcılarının beynəlxalq bazarlara çatdırılması sxemlərinin şaxələndirilməsinin vacibliyi vurğulanıb”, - deyə nazirlikdən bildirilib.