Xəbər lenti

Avropa Liqası:
phrase_var_qaynar. 09:18 23.07.2026

Avropa Liqası: "Qarabağ" bu gün ÇSKA ilə qarşılaşacaq

Bu gün UEFA Avropa Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunları keçiriləcək.

Qaynarinfo xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" da meydana çıxacaq.

Qurban Qurbanovun komandası Bakıda Bolqarıstanın ÇSKA klubunu qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq

Komandalar iyulun 30-da Sofiyada cavab matçına çıxacaqlar.

Qeyd edək ki, bu cütün qalibi 3-cü mərhələdə  "Şerif” (Moldova) – "Makkabi” (Tel-Əviv, İsrail) cütünün qalibi ilə qarşılaşacaq.

Avropa Liqası
II təsnifat mərhələsi
İlk oyun

23 iyul
20.00 Qarabağ (Azərbaycan) - ÇSKA (Bolqarıstan)
Baş hakim: Daniele Çiffi, Ciovanni Baççini, Alessandro Lo Çiçero, Daniele Perenzoni (İtaliya).
VAR: Valerio Marini (İtaliya).
AVAR: Federiko La Penna (İtaliya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->