Xəbər lenti

Dünya 09:40 11.05.2022

Ukrayna ordusundan Xarkovda böyük uğur: Ruslar sərhədə sıxışdırıldılar

Ukrayna Müdafiə Qüvvələri Xarkovun şimalında əks-hücum əməliyyatını davam etdirərək işğalçıları Rusiya sərhəddinə sıxışdırıblar. Ordu bir neçə yaşayış məntəqəsini azad etməyə nail olub.

Qaynarinfo xəbər verir ki, bu barədə Müharibənin Tədqiqi İnstitutunun (ISW) xülasəsində deyilir.

Ukrayna ordusunun əks-hücum əməliyyatı azad edilmiş Starı Saltovun şimalında davam edib. Ruslar Ukraynanın əks-hücumunu zəiflətmək və Rusiya sərhədinə - şimala doğru irəliləyişinin qarşısını almaq üçün Üzümə qoşun yeridir.



Ekspertlər proqnozlaşdırırlar ki, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatları Rusiya artilleriyasının Xarkov şəhərinin şimal-şərq hissəsinə hücumlarını dayandıracaq və potensial olaraq ukraynalı müdafiəçilərə Rusiya qoşunlarına arxadan hücum etmək imkan verəcək.

Ekspertlərin fikrincə, bu əks-hücum işğalçıların Donbasda Ukrayna qüvvələrini mühasirəyə almaq üçün halqa yaratmağa çalışdıqları Üzüm bölgəsindəki hücum hərəkətlərini iflic edəcək.

ISW əvvəllər Ukrayna əks-hücumlarının Xarkovun şimal-şərqində daha da genişləndiyini və yaxın günlərdə və ya həftələrdə Rusiya ilə sərhədə doğru hərəkət edəcəyini bildirmişdi.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->