Ölkə 12:46 10.01.2024

Şuşa, Xankəndi və Ağdama qar yağdı (FOTO/VİDEO)

Şuşa şəhərinə qar yağır.

Şuşa şəhərində gecə saatlarından başlayaraq yağan qar hazırda da davam edir. Qarın hündürlüyü 3-4 santimetrə çatıb.

Qeyd edək ki, Şuşaya ilk qar dekabr ayında yağmışdı.

Bu gün Xankəndi şəhərinə də qar yağıb. DİN-in mətbuat xidməti Xankəndi şəhərində polis əməkdaşlarının hava şəraitindən asılı olmayaraq xidmətini davam etdirməsi barədə məlumat yayıb və görüntülər paylaşıb.


Ağdam şəhərinə isə ilk qar yağıb.

APA xəbər verir ki, işğaldan azad edilmiş Ağdam şəhərinə güclü qar yağır. Qar rayonun dağlıq və dağətəyi ərazilərində də, müşahidə olunur.