Xəbər lenti

Maqazin 16:00 12.04.2024

Van Damm 11 ildir arvadına bu qızla xəyanət edir (FOTO)

Artıq 11 ildir ki, Hollivud aktyoru Jan-Klod Van Damm qanuni həyat yoldaşını Alyona adlı ukraynalı ilə aldadaraq iki ölkədə yaşayır.

Qaynarinfo xəbər verir ki, Van Damın sevgilisinə iki mənzil aldığı məlumdur. Cütlük Belçikada yaşayır.

Görünür, aktyorun seçdiyi qonaq nigahı və məşuqə rolundan tam razıdır.

Son vaxtlar Alyona tez-tez məşhur sevgilisi ilə şəkillərini yayımlayır.

Van Damın qanuni həyat yoldaşının (Qledis Portuqes) olması qadını heç də narahat etmir.

Van Damm da öz növbəsində xoşbəxt ailə başçısı rolunu oynamaqda davam edir və hətta sosial şəbəkələrdəki səhifəsində Qledislə birgə fotolarını da yerləşdirir. 

Alyonanın anası da qızının evli bir aktyorla yaşadığına fikir vermir. 

"Jan-Klodun evli olması məni narahat etmir. Qızıma 2 mənzil verdi, onunla xaricdə yaşayır. Jan Alyonka ilə yaxşı davranır, o, xoşbəxtdir. Bu, ən vacib şeydir", - Van Damın məşuqəsinin anası jurnalistlərə deyib.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?