Xəbər lenti

Dünya 13:00 26.04.2024

Van İ: ABŞ qırmızı xətləri keçməməli və Çinin işlərinə qarışmamalıdır

ABŞ dövlət katibi Entoni Blinken Pekində Çinin xarici işlər naziri Van İ ilə görüşüb. Çinli nazir bildirib ki, ABŞ Çinin suverenliyi və təhlükəsizliyi ilə bağlı qırmızı xətləri keçməməlidir.

Qaynarinfo xəbər verir ki, bu barədə "Kommersant” yazır.

Onun sözlərinə görə, Çin hakimiyyəti hər zaman "qarşılıqlı hörmət, dinc yanaşı yaşama və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə” sadiq qalıb. Van İ əmin edib ki, Pekin iki ölkə arasında münasibətlərin "sabit, sağlam və davamlı inkişafına” kömək etmək istəyir.

"Birləşmiş Ştatlar Çinin daxili işlərinə qarışmamalı, Çinin inkişafını boğmamalı və Çinin suverenliyi, təhlükəsizliyi və inkişaf maraqlarından söhbət gedəndə qırmızı xətləri keçməməlidir", - Çinin xarici işlər naziri bildirib. 

Xatırladaq ki, Blinken aprelin 24-dən Çində işgüzar səfərdədir. Bu, onun Dövlət katibi kimi Çinə ikinci səfəridir. Blinkenin səfərindən əvvəl ABŞ və Çin rəsmiləri arasında bir sıra təmaslar, o cümlədən aprelin əvvəlində iki ölkə liderləri arasında telefon danışığı olub. Blinkenin Çinə səfərinin məqsədlərindən biri Çini Moskvaya maddi-texniki yardımı dayandırmağa məcbur etməkdir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->