XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Vəng kəndi bundan sonra Çinarlı adlandırılacaq - Milli Məclis təsdiqlədi
Ölkə07:44 27.10.2020

Vəng kəndi bundan sonra Çinarlı adlandırılacaq - Milli Məclis təsdiqlədi

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Qaynarinfo-nun Report-a istinadən xəbərinə görə, qanun layihəsi barədə Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov məlumat verib.
O bildirib ki, layihə Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə göndərilib.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.