Ölkə 13:48 25.02.2023

Vilayət Eyvazov Yardımlıya yeni rəis təyin etdi

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Yardımlıya yeni polis rəisi təyin edib.

Bakupost.az -ın məlumatına görə, nazirin əmri ilə bu vəzifə Sumqayıt şəhər Polis İdarəsinin Əməliyyat İşləri üzrə rəis müavini, polkovnik-leytenant Rauf Babaşova tapşırılıb.

Qeyd edək ki, ötən gün Yardımlı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Arif Babayev vəzifəsindən uzaqlaşdırılması ilə bağlı məlumat vermişdik.