Texnologiya 22:33 09.06.2022

"WhatsApp"da yenilik: İmza olacaq

"WhatsApp” messencerinin biznes versiyasında gedən mesajlarda məlumatlar göndərənin imzası ilə görünəcək.

Qaynarinfo xəbər verir ki, mesajların müəllifi haqqında əlavə məlumat "Android”, iOS və fərdi kompüterlər üçün "WhatsApp for Business” proqramının beta versiyasının istifadəçiləri üçün əlçatan olacaq.

Funksiyanın bir neçə profili olan ümumi hesab sahibləri üçün faydalı olacağı bildirilir.

Göndərən barədə məlumat digər istifadəçilərlə paylaşılmayacaq. Bu funksiya standart "WhatsApp” hesablarında mövcud olmayacaq