Ölkə 09:26 11.04.2023

Xalq artistinə qarşı dələduzluq: "Adımdan istifadə edib... " (FOTO)

"Mənim şantajlıq nəyimsə yoxdur. Bilmirəm nə məqsədlə ediblər. Bəlkə adımdan başqalarına yazacaqlar, pul istəyəcəklər".

Qaynarinfo olay-a istinadən bildirir ki, bu sözləri TikTok-da canlı yayımda Xalq artisti Naibə Allahverdiyeva deyib. O bildirib ki, bir dəfə feysbukda adından dələduzluq edilib:

"Bir nəfər adımdan səhifə açıb və yaxınımdan 1500 manat pul istəyib. O da yaxşı ki, mənə zəng etdi, dedi, nə olub, yazmısan, 1500 manat pul lazımdır. Mən də dedim elə şey yazmamışam".