Xəbər lenti

Xanhüseyn Kazımlının ölüm səbəbi bilindi
Ölkə 13:16 24.07.2025

Xanhüseyn Kazımlının ölüm səbəbi bilindi

Sabiq deputat Xanhüseyn Kazımlının ölümünün səbəbi bilinib.

Qaynarinfo Musavat.com-a istinadən xəbər verir ki, X.Kazımlı uzun müddətdir Parkinson xəstəliyindən əziyyət çəkirmiş.

O, xəstəliyi ilə bağlı müalicə alırmış və bundan öncə də bir neçə dəfə vəziyyəti kritikləşibmiş. Dünən axşam saat 8 radələrindən sabiq millət vəkilinin vəziyyəti yenidən pisləşib.

Qeyd edək ki, Xanhüseyn Kazımlı 2023-cü ildə ləğv edilmiş Azərbaycan Sosial Rifah Partiyasının sədri olub. O, beş çağırış Milli Məclisin deputatı idi. X.Kazımlının beş övladı var. O, Azərbaycan İpoteka Fondunun icraçı direktoru Fəxri Kazımovun atasıdır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->