Norveçin xarici işlər naziri Anniken Huitfeldt ərinin "Kongsberg Gruppen" silah şirkətinin səhmlərini qanunsuz olaraq satdığını etiraf edib
Qaynarinfo bu barədə VG-ya
istinadən xəbər verir.
Nəşrin yazdığına görə, o, nazirin əri olduğu üçün buna haqqı olmayıb.
Anniken Huitfeldtin sözlərinə görə, ərinin investisiya fəaliyyətindən xəbəri olmayıb: "Mən qərəzsizlik prinsipinin pozulması ilə bağlı səhvlərə yol verdiyim üçün çox təəssüflənirəm”.
Bundan əvvəl Estoniyanın baş naziri Kaya Kallas ərinin Rusiya ilə əməkdaşlığı davam etdirən "Stark Logistics"in səhmdarı olduğu müəyyənləşib. Baş nazir ərinin şirkətin hissələrini sendviç qiymətinə satdığını deyib. Estoniyanın baş naziri mediada "Stark Logistics" nəqliyyat şirkətinin Rusiya ilə əməkdaşlığı davam etdirməsi ilə bağlı yayılan məlumatlara görə qalmaqalla üzləşib. Lakin o, ərinin işinə görə istefa vermək fikrində olmadığını da bildirib.
Aydın
Şərhlər