XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Xırdalanda xilasetmə işlərinə xüsusi təlim keçmiş itlər də cəlb olundu (VİDEO)
Ölkə06:38 26.01.2021

Xırdalanda xilasetmə işlərinə xüsusi təlim keçmiş itlər də cəlb olundu (VİDEO)

Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı hələ də davam etdirilir.
Qaynarinfo xəbər verir ki, əməliyyata Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətindən 228 nəfər şəxsi heyət, 19 ədəd texnika və 4 xüsusi təlim keçmiş it, Dövlət Yanğından Mühafizə Xidmətindən 20 nəfər şəxsi heyət və 3 ədəd texnika cəlb olunub.
Qeyd edəki ki, hazırda dağıntılar altında qaldığı ehtimal olunan uşağın xilas edilməsi üçün axtarış-xilasetmə əməliyyatı aparılır. Dağıntılar altında qaldığı ehtimal olunan uşaq 2012-ci il təvəllüdlü Fatimə Musayevadır. Onun atası Vüsal Musayev yaralı vəziyyətdə çıxarılaraq xəstəxanaya yerləşdirilib, anası 1988-ci il təvəllüdlü Aytən Musayevanın isə meyiti çıxarılıb.
İndiyədək dağıntılar altından ümumilikdə 6 nəfər vətəndaş xilas olunub.
<iframe width="620" height="463" src="https://www.youtube.com/embed/wSazdhuDn5A" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">