Qaynarinfo
Cəmil Məmmədlinin təqdimatında günün tarixi xronikasını təqdim edir:
7 may
1905-ci il...
Erməni
silahlı quldurları Naxçıvan qəzasının Tumbul erməni-müsəlman kəndində (bu kəndin
əhalisinin böyük əksəriyyəti azərbaycanlılar idi) 1 nəfər azərbaycanlını
amansızlıqla qətlə yetirirlər.
7 may
1918-ci il...
Cəbrayıl
qəzasının Köhnə Tağ kəndində yuva salmış daşnak terror qrupunun üzvləri tərəfindən
dağtumas kənd sakinləri Eyvaz İbrahimoğlu və Məhəmməd Cəfərqulu oğlu Mirzəli
kovu deyilən ərazidə qətlə yetirilir.
7 may
1938-ci il...
Azərbaycan
SSR Ali Soveti yerli əhalinin etirazına baxmayaraq, Laçın, Qubadlı, Kəlbəcər,
Qazax bölgələrindən 2000 hektar torpaq sahəsinin Ermənistan SSR-ə verilməsi
haqqında qərar qəbul edir. Qərar həyata keçmir, amma 7 may 1969-cu il tarixində
Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti onu yenidən təsdiq edir...
7 may
1991-ci il...
Ağdam
rayonunun Mərzili kəndinin sakini ermənilər tərəfindən girov götürülür.
7 may
1992-ci il...
İran
İslam Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikası prezidentinin
səlahiyyətlərini həyata keçirən Yaqub Məmmədov axşam saat 19 radələrində,
Tehran şəhərində İran prezidenti Rəfsəncaninin vasitəçiliyi ilə Ermənistan
prezidenti T.Petrosyan ilə görüşərək sənəd imzalayırlar. İmzalanan bu sənədin
3-cü bəndində Laçın dəhlizinin "humanitar dəhliz” kimi Dağlıq qarabağ ermənilərinə
güzəşt edilməsi nəzərdə tutulur. Y.Məmmədovun gətirdiyi arqumentə görə, sənəd
fars dilində tərtib olunduğu üçün o, burada nə yazıldığından xəbərsiz
olduğundan bu sənədi imzalamışdır. (?) bu sənədin imzalanmasından bir neçə saat
sonra erməni-rus silahlı birləşmələri tərəfindən Şuşa şəhəri işğal edilir.
Bundan 10 gün sonra isə Laçın şəhəri ermənilər tərəfindən işğala məruz qalır.
7 may
1992-ci il...
Füzuli
rayonunun Hoğa (Üçbulaq) kəndi ərazisində gedən döyüşlərdə 6 nəfər azərbaycanlı
ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilir, 10 nəfər yaralanır.
7 may
1992-ci il...
Erməni
yaraqlıları Şuşa rayonunun Xəlfəli, Kosalar, Qaybalı və Zarıslı kəndlərinə
güclü hücuma keçirlər. Dağıntılar və tələfat olur...
Şərhlər