Xəbər lenti

Yaponiyada demoqrafik böran: Yaşlı insanların sayı 36,25 milyon nəfərə çatdı
Dünya 23:55 17.09.2024

Yaponiyada demoqrafik böran: Yaşlı insanların sayı 36,25 milyon nəfərə çatdı

Yaponiyanın yaşlı əhalisi 36,25 milyon nəfərlə rekord həddə çatıb. Hazırda 65 və daha yuxarı yaşlı insanlar yaponların təxminən 1/3-ni təşkil edir.

Qaynarinfo xəbər verir ki, bu barədə "Japan Times” məlumat yayıb.

Yaponiyanın Daxili İşlər Nazirliyi bazar ertəsi Yaşlılara Hörmət Günü ərəfəsində bildirib ki, yaşlılar əhalinin təxminən 29,3%-ni təşkil edir və bu da rekord göstəricidir. Nazirlik bildirir ki, 65 və yuxarı yaşda olan insanların təxminən 20,53 milyonu qadınlar, 15,72 milyonu isə kişilərdir.

Məlumatlar həmçinin göstərib ki, keçən il rekord sayda 9,14 milyon yaşlı insan və ya hər yeddi işçidən biri işlə təmin olunub.

Yaponiya əmək qabiliyyətli insanların sayı azaldıqca və yaşlılar üçün sağlamlıq və sosial xidmət xərclərinin artması ilə üzləşdiyi üçün dərinləşən demoqrafik böhranla mübarizə aparır.

Oktyabrın 1-ə qədər olan il ərzində Yaponiyanın əhalisi 595.000 nəfər azalıb. Ardıcıl 13-cü ildir ki, azalma qeydə alınır. Yaponiyada 1950-ci illərdən etibarən 65 və daha yuxarı yaşlı insanların nisbəti sürətlə artmaqdadır.

Ötən il Yaponiya vətəndaşlarının sayı əvvəlki illə müqayisədə 837 min nəfər azalaraq 121,2 milyon nəfər təşkil edib ki, bu da 1950-ci ildə ölkədə demoqrafik vəziyyətin monitorinqinin başlanmasından bəri qeydə alınan ən böyük azalmadır.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->